ABŞ orta mənzilli hipersəs raketini uğurla sınaqdan keçirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

13.12.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ ilk dəfə orta mənzilli hipersəs raketi olan "Dark Eagle"ın uğurlu buraxılışını həyata keçirib.

Bu raket ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edilmək üçün hazırlanıb və onun sınaq buraxılışı Florida ştatında yerləşən Kanaveral burnundan baş tutub.

Bu, raketin standart buraxılış qurğusundan ilk uğurlu uçuşu kimi qeydə alınıb.

"Lockheed Martin" şirkəti tərəfindən istehsal edilən "Dark Eagle" hipersəs raketi saatda təxminən 6 min kilometr sürət yığmaq qabiliyyətinə malikdir. Raket hündürlükdə manevr etmək xüsusiyyəti ilə seçilir ki, bu da onun aşkarlanmasını və hədəfə çatmadan məhv edilməsini çətinləşdirir. Layihəyə əsasən, raketin maksimal uçuş məsafəsi 2775 kilometrdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью