ABŞ öz qitəsindən kənarda baş verən Dünya müharibələrindən sonra gücləndi və qlobal gücə çevrildi

07.05.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp noyabrın 11-i və mayın 8-ni Birinci və İkinci dünya müharibəsində qələbə günü elan edib. “Mən 8 mayın adını İkinci dünya müharibəsində qələbə günü, 11 noyabrın isə I dünya müharibəsində qələbə günü kimi dəyişdirirəm. Birləşmiş Ştatlar İkinci dünya müharibəsində qalib gəlmək üçün digər ölkələrdən daha çox şey edib. Cəsarət, güc və hərbi məharətlə heç kim amerikalılara yaxın gələ bilməyib”, - deyə Donald Tramp bildirib.ABŞ-ın dünya nəhəngi olmasına dünya müharibələri zəmin yaratdımı? Növbəti dünya müharibəsi kimin marağındadır?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti İkinci Dünya müharibəsinin bitməsi ilə bağlı dəyişiklikləri etməklə, eyni zamanda Amerikanın dünya müharibələrindəki rolunu da qeyd edib.

Oqtay Qasımov

“Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları həm birinci, həm İkinci Dünya müharibəsində rolu kifayət qədər yüksəkdir və bu savaşlarda Amerika özü də savaşın sonuna doğru olsa da, birbaşa iştirak etməklə bərabər, konkret olaraq öz müttəfiqlərinə çox ciddi yardımlar edib. Xüsusilə də İkinci Dünya müharibəsində Sovetlər Birliyinin Amerikadan aldığı yardımların miqdarı olduqca böyük rəqəmlərlə ifadə olunur və Amerika Birləşmiş Ştatları dünya müharibələrindən sonra daha çox gücləndi. Bunun da əsas səbəb odur ki, savaş Amerika qitəsində deyil Avropa qitəsində gedirdi və Amerika faktiki olaraq savaşın ilk dönəmlərinə yox son dönəmlərində bu prosesə qoşuldu və bu savaşlarda ABŞ-ın sənayesi daha çox sifarişlər almaqla inkişaf etdi. Amma o dövrə qədər də Amerika Birləşmiş Ştatları zatən yarandığı dövrdə güclü dövlətlərdən biri sayılırdı. XIX əsrin sonlarında artıq Amerika dünyanın ən güclü dövlətləri sırasında idi”-deyə politoloq qeyd edib.

Amerika Birləşmiş Ştatlarının dünya nəhəngi olması ilə bağlı Oqtay Qasımov bildirib ki, dünya müharibələrinin ABŞ-ı qlobal gücə çevirmək prosesinə əhəmiyyətli təsir göstərib: “Dünya müharibələrindən sonra Amerikanın hərbi və siyasi gücü artıb. Xüsusilə də İkinci Dünya müharibəsindən sonra Amerika dünyada ikiqütblü dünyanın bir qütbünün başını çəkməklə qlobal gücə çevrilib”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью