ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

18.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Pakistanın qədim şəhəri olan Peşavərdəki Baş Konsulluğu tamamilə bağlanıb
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
"Xeybər-Paxtunxva əyaləti ilə diplomatik əlaqələr ABŞ-nin İslamabaddakı səfirliyi nəzdindəki Əyalətlə İş üzrə Şöbəyə keçib", - paylaşımda qeyd olunub.
ABŞ Dövlət Departamenti may ayının əvvəlində baş konsulluğun mərhələli şəkildə bağlanacağını bildirmişdi.
Bu qərar diplomatik heyətin təhlükəsizliyi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью