ABŞ Pakistandakı diplomatlarını təxliyə edir

04.03.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət Departamenti Pakistanın Lahor və Kəraçi şəhərlərində yerləşən ABŞ konsulluqlarından təcili vəzifəsi olmayan personalın və ailə üzvlərinin ayrılmasını istəyib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti pilotsuz uçuş aparatı və raket hücumları təhlükəsi, həmçinin kommersiya nəqliyyatında yaranan fasilələr səbəbindən Pakistanın Lahor və Kəraçi şəhərlərindəki ABŞ konsulluqlarında fəaliyyət göstərən qeyri-təcili personala və ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.

Departament qərarın təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edildiyini bildirib. Açıqlamada İslamabaddakı ABŞ Səfirliyinin statusunda isə hər hansı dəyişikliyin olmadığı ifadə edilib.

ABŞ Dövlət Departamenti həmçinin Pakistan miqyasında "terror hücumu" riskinin davam etdiyi barədə xəbərdarlıq edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью