ABŞ Pakistanın raket proqramına görə “yeni təhlükə” elan edib

20.12.2024

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

ABŞ Pakistanın raket proqramına görə “yeni təhlükə” elan edib

Pakistan uzun mənzilli ballistik raket imkanlarını inkişaf etdirməyə davam edir ki, bu da nəticədə ölkəyə Cənubi Asiyadan çox-çox kənarda hədəfləri vurmağa imkan verəcək. Bu, Pakistanı Amerika Birləşmiş Ştatları (ABŞ) üçün “yeni təhlükə” edir.

Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Finer deyib.

Karneqi Beynəlxalq Sülh Fondunun tədbirində çıxış edən ABŞ rəsmisi qeyd edib ki, nüvə silahına malik Pakistan “uzaq mənzilli ballistik raket sistemlərindən tutmuş daha böyük raket mühərriklərini sınaqdan keçirəcək avadanlıqlara qədər getdikcə təkmilləşmiş raket texnologiyası” üzərində işləyir.

Finer bildirib ki, bu tendensiyalar davam edərsə, Pakistan "ABŞ daxil olmaqla, Cənubi Asiyadan çox-çox uzaqlarda hədəfləri vurmaq imkanına malik olacaq".

O, həmçinin qeyd edib ki, nüvə silahına və ABŞ-a çata biləcək raketlərə malik olan dövlətlərin sayı “çox azdır və onlar bir-birinə zidd olmağa meyllidirlər”.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью