ABŞ polisi universitet binasını ələ keçirən etirazçıları saxladı

07.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ polisi Sietldə Vaşinqton Universitetinin akademik binalarından birini ələ keçirmiş 30-a yaxın fələstin tərəfdarı fəalı saxlayıb.

"Unikal" xəbər verir ki,  bu barədə NBC telekanalı məlumat yayıb. 

"Binanı ələ keçirən 30-a yaxın şəxs ətraf ərazilərə qanunsuz keçmə, əmlakı məhv etmə və ictimai asayişi pozma, habelə hər üç qanun pozuntusunu törətməkdə sui-qəsddə ittiham olunaraq həbs edilib", - məlumatda qeyd olunub. 

Bildirilir ki, etirazçılar girişləri bağlayıb, zibil qablarını yandırıb və “təhlükəli mühit” yaradıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью