ABŞ Polşada daimi qoşun yerləşdirəcək?

02.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ hərbi kontingenti bundan sonra Polşada daimi əsasda yerləşdiriləcək.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu məlumatı Ağ Ev təsdiqləyib.

Bildirilir ki, indiyədək tətbiq olunan rotasiya sistemi daimi hərbi mövcudluqla əvəz olunacaq. Qərarın ABŞ-nin Avropadakı təhlükəsizlik strategiyasının tərkib hissəsi olduğu vurğulanır.

Rəsmi məlumatda qeyd edilir ki, ABŞ qoşunlarının Polşada daimi yerləşdirilməsi regionda təhlükəsizlik və çəkindiricilik tədbirlərinin gücləndirilməsinə xidmət edəcək, həmçinin mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью