ABŞ Polşada hərbi mövcudluğunu artıracaq

03.09.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hərbi mövcudluğun azaldıla biləcəyi ilə bağlı əvvəlki təkliflərə baxmayaraq, Amerika qoşunları Polşada qalacaq.

Axar.az xəbər verir ki, Tramp bunu Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüş zamanı jurnalistlərə bildirib.

Qoşunların yerləşdirilməsi perspektivləri ilə bağlı suala Tramp belə cavab verib:

“Mən belə düşünürəm, Polşa tərəfi belə bir maraq göstərərsə, ABŞ hətta kontingenti artıra bilər”.

Amerika lideri həmçinin vurğulayıb ki, Vaşinqton və Varşava kifayət qədər yaxın mövqelərə malikdir və bu, təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью