Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski ABŞ-nin Polşadakı gələcək hərbi varlığının nüvə potensialını əhatə edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, Polşa öz ərazisində nüvə silahının yerləşdirilməsini istəmir.
ABŞ Polşa ərazisində nüvə silahı yerləşdirə bilərmi?
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, indiki vəziyyətdə Polşa ərazisinə nüvə silahının yerləşdirilməsi Rusiyanı daha genişmiqyaslı əməliyyatlara təhrik edə bilər:
"Son illərdə baş verən müharibələr onu göstərir ki, artıq nüvə silahı müharibələrdə çəkindirmə rolunu oynaya bilmir və müharibələrin də taleyinin həll edilməsində güclü bir faktor kimi istifadə olunmur. Buna görə də ABŞ-nin həmin nüvə silahlarını Polşada yerləşdirməsi yalnız və yalnız Rusiyanı qıcıqlandıra və Polşa ilə münasibətləri daha da kəskinləşdirə bilər. Ona görə də indiki vəziyyətdə Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsi məntiqli bir addım deyil".
Aytəkin TOFİQQIZI