ABŞ Polşanı tank əleyhinə raket sistemləri ilə təmin edir

19.09.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton Varşavanı "Javelin" tank əleyhinə komplekslər və 2000-dən çox raketlə təmin edəcək.


Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Polşanın Müdafiə naziri Vladislav Kosiniyak Kamış bəyanında “ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib”,- deyib.

Qeyd edək ki, söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuşları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.

İlahə Qənbərli
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью