ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib

30.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 30 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO-nun Polşaya 1,3 milyard dollar dəyərində qabaqcıl ortamənzilli raketlərinin satışına icazə verib.

AZƏRTAC-ın məlumatına görə, Dövlət Departamenti 400 ədəd AMRAAM raketi və müvafiq avadanlıqların, o cümlədən ehtiyat hissələri, təlimat sistemlərinin satışı, mühəndislik və texniki dəstək barədə Konqresə məlumat verib.

Dövlət Departamenti bildirib ki, bu, NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət məqsədlərinə və milli təhlükəsizliyinə xidmət edəcək və Polşanın özünümüdafiə imkanlarına töhfə verəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью