ABŞ Polşaya 250 ədəd “Javelin” kompleksi tədarük edəcək

19.09.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

ABŞ Polşaya iri həcmdə tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün raketlər tədarük edəcək.

AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə özünün sosial media hesabında yazıb. “ABŞ Dövlət Departamenti Polşaya 253 ədəd “Javelin” kompleksi, 2 min 506 raket, eləcə də zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib”, – deyə nazir bildirib.

Burada FGM-148F tipli raketlərdən söhbət gedir. Həmin raketlər müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik müdafiə sistemləri ilə təchiz olunmuş hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью