ABŞ prezidenti Ağ Evdə keçirilən görüşdə Almaniya kanslerini yumruqla vurub

04.03.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp 3 martda Ağ Evdə keçirilən görüş zamanı Almaniya kansleri Fridrix Merzi zarafatla "yumruqla" vurub.

Bizimyol.info xəbər verir ki, bu barədfə mətbuat məlumat verib.

"Almaniya ilə nə edəcəyik? Düşünürəm ki, onları çox, çox sərt şəkildə yumruqlamalıyıq", - deyə Amerika lideri ABŞ-ın Almaniya ilə gələcək iqtisadi münasibətləri və tarif siyasəti ilə bağlı bir rəsminin sualına cavab olaraq bildirib. Daha sonra o, Almaniya baş nazirinin ayağına yumuruq vuraraq gülümsəyib.

Merz də cavab olaraq gülüb və bu jestdən incimədiyini göstərib.

Bu, Merzin 2025-ci ilin may ayında Almaniya kansleri vəzifəsinə başlamasından bəri ABŞ-a üçüncü səfəridir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью