ABŞ prezidenti: Biz sülh planının üçüncü və dördüncü mərhələsindəyik

13.10.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Yaxın Şərq Sülh Sammitinin yekunlarına dair çıxış edən Tramp regionda uzunmüddətli sülh üçün bütün ilkin şərtlərin olduğunu bəyan edib.

"Birgə işləyib hazırladığımız 20 bəndlik plana sadiqlik bu parlaq gələcəyə nail olmaq üçün zəruri zəmin olardı. Biz hazırda bunun üzərində işləyirik. Biz üçüncü və dördüncü mərhələdəyik", - ABŞ lideri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью