Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi Mavrikiyə vermək planını sərt tənqid edib.
AZƏRTAC xəbər verir ki, D. Tramp bu addımı “böyük axmaqlıq” adlandıraraq, mövqeyini “Truth Social” platformasında paylaşdığı açıqlamada ifad
O bildirib ki, Londonun Çaqos adalarının bir hissəsi olan Dieqo Qarsiya adası üzərində suverenliyi Mavrikiyə verməyi planlaşdırması heç bir
Tramp deyib ki, Dieqo Qarsiya adası ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazidir.
Böyük Britaniyanın bu qərarı Çin və Rusiyanın diqqətindən yayınmayıb və bu, zəiflik kimi qəbul olunur: “Şokedicidir ki, bizim parlaq NATO müttəfiqimiz olan Böyük Britaniya Dieqo Qarsiya adasını - ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazini heç bir səbəb olmadan Mavrikiyə verməyi planlaşdırır.
Bu, son dərəcə mühüm torpağın verilməsi deməkdir və böyük axmaqlıqdır”.
ABŞ Prezidenti əlavə edib ki, məhz bu kimi milli təhlükəsizlik məsələləri onun Qrenlandiyanın ölkəsi tərəfindən əldə olunması ilə bağlı mövqeyinin səbəblərindən biridir.