Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp qəzetin jurnalistlərini faktları yoxlamadan onun haqqında yalan məlumatlar dərc etməkdə günahlandırıb.
"Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq və bu, Amerika üçün əla gün olacaq!" - ABŞ Prezidenti yazıb.
Tənqid, qəzetin 14-15 dekabrda G20 sammitinin keçirilməsi planlaşdırılan Mayami yaxınlığındakı Trampın Doral kurort kompleksinin fotoşəkilindən qaynaqlanıb. Amerika lideri şəklin qəsdən xoşagəlməz şəkildə təqdim olunduğunu iddia edib.
Tramp həmçinin "The New York Times" qəzetinə etibarın azaldığını və tirajının azaldığını bildirib.