ABŞ Prezidenti: Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var

03.09.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 3 sentyabr, AZƏRTAC

Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Karol Navrotski ilə görüşdə Çində keçirilmiş paradla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. "Növbəti bir və ya iki həftə ərzində bunun nə qədər yaxşı olduğunu öyrənəcəyik", - deyə Tramp əlavə edib.

O, Çinin ev sahibliyi etdiyi sammitdəki mərasimi çox təsirli və gözəl adlandırıb. Tramp mərasimdə müharibədə qalib gəlməkdə ABŞ-ın rolunun vurğulanmamasından narazılığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью