Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini zəiflikdə ittiham edib.
Doğru.az xəbər verir ki, Tramp bu fikirləri “Politico” nəşrinə müsahibəsində səsləndirib.
“Məncə, onlar zəifdir”, – deyə Tramp Avropa siyasi rəhbərliyi haqqında bildirib. Onun sözlərinə görə, Avropa elitaları hazırkı şəraitdə hansı addımı atacaqlarını dəqiq bilmirlər.
“Düşünürəm ki, onlar nə edəcəklərini bilmirlər… Avropa nə edəcəyini bilmir”, – prezident əlavə edib.
Tramp daha əvvəl Avropanın “çox pis istiqamətdə getdiyini” demişdi.
DOĞRU.AZ