ABŞ prezidenti Donald Tramp FİFA Sülh Mükafatına layiq görülüb | Icma.az
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampa DÇ-2026-nın qrup mərhələsinin püşkatmasında FİFA Sülh Mükafatı təqdim edilib.
İdman.Biz bildirir ki, mükafat 2025-ci ilin noyabr ayında təsis edilib. Tramp ilk mükafatçıdır.
Dünya çempionatı üç ölkə tərəfindən təşkil olunacaq: ABŞ, Kanada və Meksika.
Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.
Argentina hazırkı dünya çempionudur. 2022-ci ildə argentinalılar finalda Fransanı məğlub ediblər.
İdman.Biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu