ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya Ukrayna müharibəsinə son qoyacağıq

06.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 6 iyul, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək istəyir.

AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bildirib.

O, Ukrayna rəhbərliyinin də eyni istəkdə olduğunu deyib.

“Biz danışıqlar aparırıq və müharibəni sona çatdıra bilib-bilməyəcəyimizi görəcəyik. Fikrimcə, məsələnin həllinə insanların düşündüyündən daha yaxınıq. Prezident Putin müharibənin bitməsini istəyir, bunu çox qəti deyirəm. Prezident Zelenski də artıq müharibənin sona çatmasını istəyir. Düşünürəm ki, biz Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq”,- deyə Donald Tramp əlavə edib.

ABŞ Prezidenti NATO çərçivəsində də bu məsələni müzakirə edəcəklərini deyərək, müharibənin dəhşətli vəziyyət yaratdığını vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью