ABŞ Prezidenti Əbu Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür

10.11.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək üçtərəfli danışıqlarda ciddi irəliləyişin əldə oluna biləcəyini istisna etməyib.

Tramp bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

ABŞ Prezidentindən Əbu-Dabidə keçiriləcək danışıqların sülh prosesində dönüş nöqtəsi olub-olmayacağı soruşulub.

“Mümkündür. Orada nəsə baş verə bilər”, – Tramp cavab verib.

Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью