ABŞ Prezidenti Emmanuel Makrona məsləhət verib

31.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 31 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfər zamanı təyyarədən enməzdən əvvəl həyat yoldaşı Bricit Makron tərəfindən şillələnməsi ilə bağlı ona evlilik məsləhəti verib.

AZƏRTAC-ın məlumatına görə, Tramp videogörüntü ilə bağlı jurnalistin sualını şərh edib və Makrona “qapının bağlı olduğuna əmin olun" tövsiyəsini verib.

"Bu, yaxşı deyil. Mən onunla danışdım və onlar yaxşıdırlar. Bunun nə ilə bağlı olduğunu bilmirəm, amma mən onları yaxşı tanıyıram, yaxşıdırlar”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью