ABŞ Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

08.08.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 8 avqust, AZƏRTAC

Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ evin önündə qarşılayıb.

AZƏRTAC-ın məlumatına görə, sonra tərəflər görüş otağına keçiblər.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью