ABŞ Prezidenti İlon Maskla barışa biləcəyini deyib

11.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 11 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp milyarder, iş adamı İlon Maskla barışa biləcəyini deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp “New York Post”da yayımlanan podkastda səsləndirib. Dövlət başçısı vurğulayıb ki, indi onun yeganə funksiyası ölkəni əvvəlkindən daha yüksək səviyyəyə qaytarmaqdır.

İlon Mask da bu gün X hesabında prezidentlə bağlı yazdığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью