ABŞ Prezidenti: İran nüvə silahı əldə etsə, inanılmaz nəticələrlə üzləşəcək

16.06.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əgər nüvə silahı əldə etsə, İranın başına “cəhənnəm yağacaq”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.

Tramp bildirib ki, onun üçün vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına malik olmamasıdır.

O qeyd edib ki, bu məsələ razılaşmada aydın şəkildə öz əksini tapıb: “Onlar nüvə silahı istehsal etməyəcək və almayacaqlar. Bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər”.

ABŞ Prezidenti İranla müharibənin başlama səbəbinin də məhz bu olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью