ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

15.05.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlməlidir, əks halda ciddi nəticələrlə üzləşəcək.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Bu, sadəcə zaman məsələsidir. İstəsəydik, əməliyyatlar bir neçə həftə də davam edə bilərdi və hər şey bitərdi”, — deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, bir sıra liderlərin xahişi ilə proses dayandırılıb.

“İran ya razılığa gələcək, ya da məhv olacaq”, — deyə Tramp əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью