ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edəcək

22.06.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Prezident Donald Tramp açıqlayıb ki, ABŞ-ın İranın üç nüvə obyektinə zərbə endirməsindən sonra yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 07:00-da) xalqa müraciət edəcək.

APA-nın verdiyi xəbərə görə, o, bunu “Truth” social şəbəkəsində yazıb.

“Bu, Amerika Birləşmiş Ştatları, İsrail və dünya üçün tarixi bir andır.”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, İran artıq bu müharibəyə son qoymağa razı olmalıdır.

Xatırladaq ki, gecə ərzində ABŞ B-2 görünməz bombardmançıları vasitəsilə İranın Fordo nüvə obyektinə zərbə endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью