ABŞ Prezidenti İrana təşəkkür edib

22.04.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 22 aprel, AZƏRTAC

İrana və onun liderlərinə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti kimi xahişimə hörmətlə yanaşdıqlarına və planlaşdırılan edamları ləğv etdiklərinə görə çox minnətdaram.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb.

O bildirib ki, ona İranda edam ediləcək səkkiz qadın etirazçının artıq öldürülməyəcəyi barədə məlumat verilib.

“Dörd nəfər dərhal azadlığa buraxılacaq, digər dördü isə bir aylıq həbs cəzasına məhkum ediləcək”,- deyə o diqqətə çatdırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью