Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 8 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmamağa razılıq verdiyini deyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Gəlin indi görək, onlar bunu imzalamağa hazırdırlarmı? Biz onlara nüvə silahına sahib olmaq hüququ verməyəcəyik. Sıfır şans var və onlar bunu bilirlər və buna razılaşıblar”,- deyə o əlavə edib.
Tramp deyib ki, İranla danışıqlar çox yaxşı gedir: “Lakin onlar başa düşməlidirlər ki, əgər imzalanma olmasa, çox əzab çəkəcəklər”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton