ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

07.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 7 iyun, AZƏRTAC

Biz İranla razılaşma əldə etməyə çox yaxınıq və əgər razılaşmamız olmazsa, bunu başqa şəkildə edəcəyik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC kanalında “Meet the Press” verilişinə müsahibəsində deyib. O bildirib ki, hər iki halda ABŞ qalib gələcək. “Biz razılaşmaya çox yaxınıq. Bir neçə məsələ qalıb və onlar hətta böyük məsələ kimi görünmür. Onlar nüvə silahlarına sahib olmayacaqlarını etiraf ediblər”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью