ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

13.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 13 iyun, AZƏRTAC

İranla müqavilənin sabah imzalanması planlaşdırılır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, imzalandıqdan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq.

“İranla münasibətlərimiz əvvəlki administrasiyalardan daha fərqli və yaxşıdır. Obamanın onlara 1,7 milyard dollarlıq nağd pul da daxil olmaqla yüz milyardlarla dollarlıq ödənişlərindən fərqli olaraq, heç bir pul dəyişdirilməyəcək. Uyğun vaxtda qranit dağlarının altında basdırılmış nüvə tozunu götürüb İranda və ya ABŞ-də məhv edəcəyik. Biz İran və bütün Yaxın Şərqlə uzun müddət işləməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu proses tez, asanlıqla və problemsiz başa çatacaq. Əgər belə olmazsa, bizim yaxşı alternativimiz var. Ümid edirik ki, bir daha istifadə olunmayacaq”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью