Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vaşinqton, 8 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu gün İrana endirilən zərbələr onları tamamilə məhv edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“İranla razılaşma baş tutmaya bilər, amma bu, istənilən gün baş verə də bilər. Mən inanıram ki, onlar razılaşmanı məndən daha çox istəyirlər",- deyə Tramp bildirib.
O, həmçinin əlavə edib ki, atəşkəs zərbələrə baxmayaraq hələ də qüvvədədir: "Onlar bu gün bizimlə zarafat etdilər. Biz onları məhv etdik. Mən buna zarafat deyirəm".
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton