Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 1 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Tramp “Truth” sosial mediasında yazıb.
O, danışığın çox məhsuldar keçdiyini bildirib. “Beyruta heç bir qoşun getməyəcək və yola düşən hər hansı bir qoşun artıq geri qaytarılıb. Eynilə, yüksəkvəzifəli nümayəndələr vasitəsilə “Hizbullah”la çox yaxşı bir telefon danışığım oldu və onlar bütün atışmaların dayandırılacağına razılaşdılar. İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”,- deyə Amerika lideri əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton