Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 3 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələrin qərargahının Alabama ştatına köçəcəyini elan edib.
AZƏRTAC-ın məlumatına görə, o, yeni qərargahın Alabama ştatının Hantsvil şəhərində olacağını və “raket şəhəri” kimi tanınacağını deyib.
O, ilk prezidentlik müddətində Kosmik Komandanlığı yaradanda da onun qərargahını Alabamada qurmağı planlaşdırdığını, lakin Bayden administrasiyasının onu Koloradoda qurduğunu deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton