ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir

17.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkədə faiz dərəcələrinin çox yüksək olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp ABŞ-nin dünyada ən güclü kredit etibarına malik olduğunu və buna görə ən aşağı faiz ödəməli olduğunu deyib.

“Mən Federal Ehtiyat Sisteminin (FED) müstəqil olmasını istəyirəm. Lakin bu məsələləri çox yaxşı bilirəm və düşünürəm ki, faiz dərəcələri həddindən artıq yüksəkdir”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью