ABŞ prezidenti Putinlə istənilən vaxt görüşə biləcəyini deyib

03.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh sazişinin şərtləri yerinə yetirildikdə Rusiya lideri Vladimir Putinlə görüşməyə ümid edir. O, bunu Ağ Evdə jurnalistlərin yaxın gələcəkdə Rusiya-Amerika sammitinin keçirilməsi ehtimalı ilə bağlı suallarını cavablandırarkən bildirib.

Məlumatı “Anadolu” verib. 

Tramp görüşün istənilən vaxt baş tuta biləcəyini vurğulayıb, lakin tərəflərin razılığa gəlməyə hazır olduğu bir mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab edir.

Amerika lideri bildirib ki, “Mən bunu sülh sazişi bağlamağa hazır olduğumuz zaman etmək istəyirəm”.

Tramp lazım gələrsə, Putinlə “dərhal” görüşə biləcəyini bildirib.

ABŞ prezidenti əlavə edib: “Mən bunu münaqişə bitəndə etmək istəyirəm və düşünürəm ki, bu, baş verəcək”.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью