ABŞ Prezidenti: “Qız məktəbini Tehran özü vurub”

08.03.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın özünün məsuliyyət daşıya biləcəyini deyib.

“Cebheinfo.az” xəbər verir ki, o, bu açıqlamanı jurnalistlərin sualını cavablandırarkən verib.

"Gördüklərimə əsasən, düşünürəm ki, bunu İran edib", - deyə Tramp bildirib.

Müxbirlər, həmçinin Amerika lideri ilə birlikdə olan Pentaqon katibi Pit Heqsetdən vəziyyətlə bağlı şərh verməsini istəyiblər. O, "yalnız İran mülki şəxslərə hücum edir",- deyib.

Xatırladaq ki, 28 fevralda İran hakimiyyəti cənubundakı Minab şəhərindəki qızlar ibtidai məktəbinə edilən hücumun ABŞ və İsrail tərəfindən həyata keçirildiyini bildirib. Son rəqəmlərə görə, 165 nəfər - əsasən şagirdlər, eləcə də valideynlər və müəllimlər həlak olub. Daha 95 nəfər yaralanıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью