Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli ilə noyabrın 6-da telefon danışıqları apardığını və onları 7 noyabrda davam etdirmək niyyətində olduğunu açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, Amerika lideri bu barədə Floridada jurnalistlərə bildirib.
"Görüşlər keçiririk. Bu gün telefon danışıqlarım oldu. Sabah da olacaq", - Tramp deyib.
Lakin ABŞ Prezidenti münaqişənin həlli məsələlərini kiminlə müzakirə etdiyini dəqiqləşdirməyib.