ABŞ Prezidenti şatdaunun qarşısını alan qanunu imzalayıb AZƏRTAC

21.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 21dekabr, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden gələn il martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bununla da ölkə yanvarın 21-i gecə yarısı başlanmalı olan şatdaunun (hökumətin fəaliyyətini dayandırması) qarşısını alıb. Növbəti mərhələdə, yanvarın 20-də andiçmə mərasimi olacaq yeni prezident Donald Trampın administrasiyası dövründə martın ortasından ilin axırına kimi maliyyələşməni təmin edəcək yeni qanunun qəbuluna ehtiyac duyulacaq.

Qeyd edək ki, bu həftənin əvvəlində 3 aylıq maliyyələşməni təmin edəcək qanunun qəbulu Donald Trampın müdaxiləsi ilə dayandırılmışdı. Ötən gecə şatdaunun başlanmasına bir neçə saat qalmış qanun yenidən Nümayəndələr Palatasında müzakirəyə çıxarılaraq qəbul olunub və daha sonra Senatda təsdiq edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью