ABŞ prezidenti Şimali Koreya lideri görüşəcək: O, çox ağıllı adamdır

24.01.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

Tramp Şimali Koreya lideri Kim ilə əlaqə saxlayıb-saxlmayacağı sualına belə cavab verb: "Əlbəttə, onunla yenidən əlaqə saxlayacağam. Kim çox ağıllı adamdır, məni də sevir. Mən onunla yaxşı anlaşıram".

Xatırladaq ki, Tramp 2019-cu ilin iyununda yarımadanı Şimali və Cənubi Koreyaya bölən “demilitarizasiya zonasında” Şimali Koreya lideri Kim Çen Inla görüşüb. O, bununla Şimali Koreya torpağına ayaq basan ilk ABŞ prezidenti olub.

Lamiyə Əhmədli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью