ABŞ prezidenti Tramp Ankarada kimlərlə görüşəcək?

03.07.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Toplantısına sayılı günlər qalıb.

Turkustan.az xəbər verir ki, Zirvə toplantısında ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, NATO-nun bütün 32 üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

ABŞ Prezidentinin sammitə geniş nümayəndə heyəti ilə qatılacağı bildirilir. Lakin Trampı səfərdə kimin müşayiət edəcəyi və ya onun hansı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi hələlik rəsmi şəkildə açıqlanmayıb.

Donald Tramp bu yaxınlarda verdiyi açıqlamada, "Prezident Rəcəb Tayyib Ərdoğana hörmətimdən irəli gələrək Ankarada keçiriləcək NATO Zirvə Toplantısına gedirəm", – deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Tramp ilə Ankarada "çox güman ki", görüşəcəyini bildirib. Gözlənilən görüş baş tutacağı təqdirdə, bu, Trampın ABŞ prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəri olacaq. O, həmçinin Barak Obamanın 2015-ci ildəki səfərindən sonra Türkiyəyə səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью