ABŞ Prezidenti Tramp: Qəzza zolağının sökülməsini lstəyir

05.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağının tamamilə sökülməli olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev adminstrasiyasındakı mənbə "New York Post"-a açıqlamasında belə deyib.

Mənbə vurğulayıb: “O (Tramp -red.) hesab edir ki, bölgəni 3-5 il ərzində bərpa etmək mümkün deyil, bunun üçün ən azı 10-15 il vaxt lazım olacaq. İnsanların yaşayış üçün yararsız, partlamamış sursatla dolu ərazidə, dağıntılar arasında yaşamağa məcbur edilməsi qeyri-insani addımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью