Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 6 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı genişmiqyaslı razılaşmanın əldə olunacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp açıqlamasında razılaşmanın yalnız Ukrayna ilə məhdudlaşmayacağını, Avropanın digər ölkələrini də əhatə edə biləcəyini söyləyib.
“Razılaşma olacaq. Bu, böyük bir razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyə bilərəm ki, bütün Avropanı da əhatə edə bilər. Bu, böyük və möhtəşəm bir razılaşma olacaq. Hər kəs bundan məmnun qalacaq”, – deyə Amerika lideri vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton