ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

22.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağına əminliyini bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı deyib.

“Rusiya və Ukrayna liderləri ilə çox sıx işləyirik və bu məsələni həll edəcəyik. Düşünürəm ki, bu, insanların təsəvvür etdiyindən daha tez baş verəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью