Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Vaşinqton, 29 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Ukraynanın paytaxtı Kiyevi bir həftə ərzində hədəfə almamağı xahiş etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, belə bir xahişi bölgədəki soyuq hava şəraiti əlaqədar etdiyini bildirib.
"Mən şəxsən prezident Putindən bu kəskin soyuqlar zamanı Kiyevə, şəhər və qəsəbələrə bir həftə atəş açmamağı xahiş etdim", - deyə Tramp Ağ evdə keçirilən Nazirlər Kabinetinin iclasında bildirib. Dövlət başçısı əlavə edib ki, Putin buna razıdır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton