Gununsesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin sülh planını yalnız Zelenski bəyənmir, adamları bundan məmnundur.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Düşünürdüm ki, Rusiya ilə, Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, Prezident Zelenski istisna olmaqla, bu razılaşma onun adamlarının ürəyindən idi”, – Tramp bildirib.
Ancaq maraqlıdır, Trampın “hamı razıdır, yalnız Zelenski narazıdır” deməsi hansı diplomatik və psixoloji təzyiq üsuludur? Bu, Kiyevə yönəlik təzyiq siqnalıdır, yoxsa ictimai rəy vasitəsilə Zelenskiyə qarşı mövqe formalaşdırmaq cəhdidir?
Faktiki mənzərə budur ki, Tramp Zelenskini “istisna” vəziyyətinə qoyur, yəni onu digər tərəfdaşlardan fərqləndirir. Bu, Kiyevə birbaşa siqnaldır: “Siz hamı ilə razısınız, amma siz tək narazısınız, güzəşt etməlisiniz”. Belə bir yanaşma diplomatik təzyiq metodudur: Ukrayna rəhbərliyini planı qəbul etməyə yönəltmək üçün təkid və təcrid effekti yaradır.
Üstəlik, Tramp bu açıqlama ilə həm də daxili və beynəlxalq ictimai rəyə mesaj verir:
ABŞ-də seçici auditoriyaya Zelenski “əməkdaşlıq etməyən lider” kimi təqdim olunur, Tramp isə problemi həll edən güclü tərəf kimi görünür. Bu, əlbəttə, Zelenskini təkid altında qoymaq üçün psixoloji təzyiq strategiyasıdır.
Əsas niyyət isə budur:
Tramp “hamı razıdır, tək sən narazısan” mesajı ilə həm Ukraynanı güzəştə sövq edir, həm də öz diplomatik gücünü nümayiş etdirir.
Günay