ABŞ prezidentindən İranla bağlı ETİRAF

11.09.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatın onun gözlədiyindən daha uzun çəkdiyini etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə Texas ştatının Dallas şəhərində ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkisi ərəfəsində hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edən dövlət başçısı bildirib. Ağ Evin rəhbəri Birləşmiş Ştatların Hörmüz boğazına nəzarət etdiyi barədə iddiaları yenidən səsləndirib.

"Biz dünyanın ən güclü ordusunu yaratmışıq. Hərbçilərimizi düşündüyümdən daha uzun müddət cəlb etməli olduq, lakin İranın nüvə silahı əldə etməsinə yol verə bilmərik. Boğaza biz nəzarət edirik və mən onu Tramp boğazı adlandırıram", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью