ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

12.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 12 noyabr, AZƏRTAC

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar başa çatıb. Görüş təxminən 2,5 saat davam edib.

AZƏRTAC xəbər verir ki, danışıqlardan sonra S.Uitkoff və C.Kuşner Moskvadan Dublinə yola düşüblər. Onların burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb. Kremldə keçirilən görüş zamanı S.Uitkoff Rusiya lideri ilə apardığı danışıqlar barədə V.Zelenskini məlumatlandıracağını bildirib.

Danışıqlar aparan ABŞ nümayəndələri Moskvaya bu gün, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdən sonra gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью