Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini “psixopat” adlandırıb və daha sonra X sosial şəbəkə hesabında həmin paylaşımı silib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, kiçik Donald Tramp paylaşımında qeyd edib: “Bu adam tam psixopatdır. Görünür, o və dostları kifayət qədər pulumuzu oğurlamayıb, ona görə də sülhdən danışmaq əvəzinə ukraynalı kişi və oğlanları qırğına göndərməkdə davam edəcək”, - dövlət başçısının oğlu yazıb.
Paylaşımın hansı səbəbdən silindiyi məlum deyil.
Bundan əvvəl də kiçik Tramp Ağ Evdəki mübahisədən sonra Zelenskini ələ salmışdı.
Elcan
Missiya.Az