ABŞ PrSM raketlərinin istehsalını sürətləndirir

25.06.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pentaqonun məlumatlarına görə, ABŞ Ordusu "Lockheed Martin" şirkəti ilə yüzlərlə "PrSM" (Precision Strike Missile) yerüstü operativ-taktiki raketlərinin sürətləndirilmiş istehsalına dair müqaviləyə əlavə saziş imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verir.

Əlavə edilmiş $8,4 milyard nəzərə alınmaqla, 2032-ci ilin sentyabrınadək icra edilməli olan müqavilənin ümumi məbləği indi $13,3 milyard təşkil edir. ABŞ Ordusunun hər il bu tipli 400-ədədədək raket alması planlaşdırılır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirməsinə görə, ABŞ İrana qarşı hərbi əməliyyat zamanı bu silahın demək olar ki, bütün arsenalını sərf edib.

"PrSM" — hədəflərə hücum etmək, onları sıradan çıxarmaq və məhv etmək üçün kritik imkanlar təmin edən yeni nəsil uzaqmənzilli, yüksək dəqiqlikli zərbə raketidir. Onun fəaliyyət radiusu 499 km-dir. Gələcəkdə bu məsafənin 1000 km-ə qədər artırılması planlaşdırılır. "PrSM" ABŞ ordusunun silahlanmasında olan 300 km mənzilli "ATACMS" raketini əvəz edib.

"PrSM" raketləri mövcud olan universal mobil buraxılış qurğularına — tırtıllı bazaya malik "M270" və təkərli şassidə olan "HIMARS M142" sistemlərinə quraşdırılır. Hər bir mobil buraxılış qurğusu iki "PrSM" raketi daşıya bilir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью